CƏMİYYƏT
Baş pediatr: Peyvənd uşaqları ən qorxulu xəstəliklərdən qoruyur
27.04.2018 [14:02]
Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyir ki, bu gün ölkəmizdə qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və bu kimi yoxucu xəstəliklərin yayılmasının qarşısı alınmaqdadır. O, bildirir ki, valideynlər uşaqlarını 6 yaşına kimi vaxtı-vaxtında peyvənd etdirməlidir.