CƏMİYYƏT


Azərbaycan polisi polşalı turistin pul kisəsini və sənədlərini taparaq, özünə qaytarıb

Bakıda sənədləri və pul kisəsi itən polşalı turistin əşyaları polislər tərəfindən tapılaraq sahibinə qaytarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, hər gün Azərbaycana dünyanın müxtəlif yerlərindən çoxlu sayda turistlər gəlir və onların təhlükəsizliyi hüquq-mühafizə orqanları, eləcə də polislər tərəfindən etibarlı şəkildə təmin olunur.