SİYASƏT


ABŞ-ın tanınmış dövlət xadimi Donald Ramsfeldə Heydər Əliyev fəxri mükafatı təqdim edilib

ABŞ paytaxtında yerləşən məşhur Meridian Beynəlxalq Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ABŞ-ın tanınmış dövlət xadimi, iki dəfə müdafiə katibi və digər dövlət vəzifələrində çalışmış Donald Ramsfeldə Azərbaycan-ABŞ strateji tərəfdaşlığına verdiyi müstəsna töhfələrinə görə 2018-ci ilin Heydər Əliyev fəxri mükafatı təqdim edilib.