CƏMİYYƏT
Bakıda Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin konqresi keçirilib
15.05.2018 [19:15]
Bakıda Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və 1-ci Konqresinin açılış mərasimi keçirilib. Tədbirin açılış mərasimində çıxış edən Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov dövlət başçısının salamlarını konqres iştirakçılarına çatdırıb, ərazimizin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması barədə məlumat verib, hazırda Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması səbəbindən sülhə nail olmağın mümkün olmamasını qeyd edib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan üçün hərbi cərrahiyyənin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
08.06.2023 [19:24]
08.06.2023 [16:39]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
09.06.2023 [00:15]