CƏMİYYƏT


Qazaxda Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı Nəbi Nəbiyevin 100 yaşı qeyd olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qazax rayonunun ucqar sərhəd kəndi olan Kəmərlidə Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı, İkinci Dünya müharibəsi veteranı Nəbi Daşdəmir oğlu Nəbiyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, sərhədboyu bölgənin keşiyində mərdliklə duran Vətən əsgərləri, Kəmərli və qonşu kəndlərin ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.