Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub

25.05.2018 [11:01]

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub. Fonda müraciət etmiş keçmiş əsgər və zabitlər ilk növbədə müayinə olunub, hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri və əmək məşğuliyyətləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər seçilib.