CƏMİYYƏT


Nüvə Təbabəti Simpoziumunda onkoloqlar xərçəng şişlərinin müalicəsinə müasir yanaşma metodlarını müzakirə ediblər

2008-ci ildə ölkəmizdə radionuklid diaqnostika, dörd il sonra radionuklid terapiya şöbələri, 2014-cü ildə Nüvə Təbabəti İctimai Birliyi yaradılıb. 2015-ci ildə nüvə təbabəti ixtisası təsdiq edilib və 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. İki il ərzində Mərkəzdə 1500-dən artıq xəstə müayinə olunub və onların 34 faizi qadınlardan ibarətdir. Müraciətlərin əksəriyyəti süd vəzi və ağ ciyər xərçəngi ilə əlaqədar olub. Yeni yaradılmış Mərkəzdə həyata keçirilən tədbirlərin əsas məqsədi hədəfə yönələn müalicələrdən ibarətdir.