CƏMİYYƏT


Nərimanov rayonunda telefon oğurlayan şəxs saxlanılıb

Bakının Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan şəxs saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəlli tutulub. Onun Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı məlum olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır