CƏMİYYƏT


Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Xətai rayon M.Hadi küçəsi 63-ünvanında yaşayan paytaxt sakini Hikmət Nəsirov mayın 29-da 36-cı Polis Bölməsinə müraciət edərək avtomobilinin yan güzgülərinin oğurlandığını bildirib. Elə həmin gün polis bölməsinə eyni məzmunlu şikayət ərizəsi ilə Xətai rayonunda yaşayan daha bir neçə avtomobil sahibi müraciət edib.