CƏMİYYƏT


Zaqatalada zəlzələ anları kameralara düşüb

İyunun 5-də saat 22:40-da Zaqatala ərazisində baş vermiş 6 bal gücündə olan zəlzələnin episentrində yerləşən yaşayış məntəqələrində ciddi dağıntılar baş verməyib. Yeraltı təkanlar nəticəsində rayonun Əliabad qəsəbəsində, Suvagil, Mamrux və Yuxarı Çardaxlar kəndlərində əvvəlki zəlzələlər zamanı qəzalı vəziyyətə düşmüş köhnə tikililərin, tövlələrin divarlarındakı çatlar genişlənib, bəzi həyətlərin hasarlarına müəyyən dərəcədə ziyan dəyib. Zəlzələ nəticəsində dəymiş zərəri müəyyənləşdirmək üçün yerlərdə araşdırmalar aparılır.