Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütün “ASAN xidmət” mərkəzlərində əcnəbilərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı aparılır

06.06.2018 [12:02]

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınması bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir. Artıq 2 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəmizdə olduğu yer üzrə qeydiyyatla bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət edib.