CƏMİYYƏT


Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Əvvəlcə Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri əsasında hazırlanmış xəritə materiallarının təqdimatı olub. Eldar İbrahimov bildirib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, münbitlik dərəcəsi, şorlaşma vəziyyəti, mühafizə zonaları və digər məlumatlar əksini tapır. Bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb.