CƏMİYYƏT


Bakıda kanalizasiya qapaqlarını oğurlayan saxlanılıb

Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeroport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə şikayət ərizəsi daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cavidan Cabbarov tutulub.