CƏMİYYƏT


Qax sakininin evində 310 ədəd çətənə bitkisi aşkar olunub

Daxil olmuş məlumat əsasında Qax rayon sakini Ümidvar Yusifov saxlanılıb. Ü. Yusifov yaşadığı Tasmalı kəndində özünəməxsus bağ səhəsində əkdiyi çətənə kollarına qulluq edərkən elə iş başında yaxalanıb. Polis əməkdaşlarının həmin əraziyə baxış keçirdikləri zaman oradan 310 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq məqsədilə əkdiyini bildirib.