CƏMİYYƏT


Milli Qurtuluş Günü münasibətilə Xaçmazda zona müşavirəsi keçirilib

Ölkəmizin firavan gələcəyi intellektli, geniş dünyagörüşlü, vətənpərvər və savadlı gənclərdən asılıdır. Məhz buna görə də Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) və YAP Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Xaçmazda keçirilən zona müşavirəsində vurğulanıb.