CƏMİYYƏT


Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır. FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.