CƏMİYYƏT


Bakıda 15 maşından qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Binəqədi rayon sakini Sadiq Əliyev Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə müraciət edərək avtomobilinin şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin salonunda olan mobil telefonunun naməlum şəraitdə oğurlandığını bildirib. Eyni məzmunlu şikayət ərizəsi ilə bölməyə daha 14 avtomobil sahibi müraciət edərək maşınlarından pul, mobil telefon, səsgücləndiricilər, maqnitofonlar və digər qiymətli əşyaların oğurlanması barədə məlumat veriblər.