CƏMİYYƏT


İsmayıllıda sel avtomobil körpüsünü dağıdıb

İsmayıllı rayonunun Qalacıq kəndində avtomobil körpüsünün uçması nəticəsində kəndin rayonla əlaqəsi kəsilib. Rayonun Sumağallı və Qalacıq kəndlərini birləşdirən avtomobil yolunun 7-ci kilometrliyində, Qalacıq çayı üzərində olan avtomobil körpüsü selin təsiri nəticəsində dağılaraq yararsız hala düşüb. 1970-ci ildə yerli əhali tərəfindən tikilən körpü əsaslı təmir olunmadığına görə, son günlər Qalacıq çayına gələn güclü sel nəticəsində dağılıb