CƏMİYYƏT


İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

50-BE-448 dövlət nömrə nişanlı "QAZ 2400" markalı minik avtomobili Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan 7 yaşlı uşaq dünyasını dəyişib.