CƏMİYYƏT


Hobbisini gəlir mənbəyinə çevirən Xaçmaz sakini dovşan təsərrüfatını genişləndirmək istəyir

Hobbisini gəlir mənbəyinə çevirən Xaçmaz sakini Vüqar Fərzəliyev təsərrüfatında 200-dən çox dovşan saxlayır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçının bölgə və paytaxtdan olan müştəriləri var. Dovşan ətinin bir kiloqramı 8-10 manata satılır. Dovşanların diri halda qiyməti çəkisindən və növündən asılı olaraq dəyişir. Kiçik dovşanlar 20 manat, böyüklər isə 80-200 manat arasında təklif olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır