CƏMİYYƏT


Neftçalada kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qədimkənd kənd sakini Zöhrab Hüseynov saxlanılıb. RPŞ-nin əməkdaşları tərəfindən kənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.