CƏMİYYƏT


Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

Səhiyyə naziri Oqtay Şirəliyev Qusar Rayon Mərkəzi Xəstəxanasında şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib. Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarından olan sakinlərin müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb və onların bəziləri yerindəcə həll edilib. Müraciətlər vətəndaşların sağlamlığı, işlə təminatı və digər məsələlərlə bağlı olub.