CƏMİYYƏT


Festival iştirakçıları Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar

“Alovlu Qafqaz” II Uşaq–Gənclərin Folklor Rəqs və Yaradıcılıq festivalı çərçivəsində növbəti konsert Qubada təqdim olunacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 22-də rayona gələn festival iştirakçıları ilə icra hakimiyyətində görüş keçirilib. Gürcüstanı, Rusiyanın Şimali Osetiya–Alaniya Respublikasını, eləcə də Azərbaycanın müxtəlif uşaq gənclər inkişaf mərkəzlərini təmsil edən kollektivlərə Quba rayonu haqqında ətraflı məlumat verilib.