CƏMİYYƏT


Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov son mənzilə yola salınıb

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, “Şöhrət” ordenli Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. AZƏRTAC xəbər verir ki, mərhumla vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.