CƏMİYYƏT


Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Gəndov-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Toyota Prado", "VAZ-2106" və "VAZ-21099" markalı avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-2106"-da olan bir nəfər Xaçmaz sakini ölüb, 1994-cü il təvəllüdlü Mürsəlov Kamran Mürsəl oglu isə ciddi bədən xəsarətləri alıb.