CƏMİYYƏT


Göyçayda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Göyçayda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə saat 01:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Cəyirli kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurduqdan sonra idarəetmənin itirərək ağaca çırpılıb.