CƏMİYYƏT


Xidmətdə fərqlənən yol polisi əməkdaşları mükafatlandırılıb

İyunun 30-da Azərbaycan Polisinin 100 illiyi və 2 iyul - Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı Azərbaycan Polisinin keçdiyi şərəfli yoldan danışıb, tədbir haqqında məlumat verib.