CƏMİYYƏT


İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümumilikdə 13 əcnəbi aşkarlanıb. DMX-dən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.