Azərbaycan Dövlət İnformasiya Agentliyi

Övlad qayğısından məhrum olmuş ahılların ümid yerinə çevrilən ünvan – Bilgəh Pansionatı REPORTAJ

03.07.2018 [14:22]

Xəbərin mətni
Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıl insanların rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Buradakı sakitlik, göz oxşayan səliqə-sahman diqqəti ilk baxışda cəlb edir. Pansionatda yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur. Bir sözlə, burada yaradılan şərait dövlətin bu kateqoriyadan olan vətəndaşlara qayğısının təzahürüdür.