CƏMİYYƏT


Azərbaycanda 5 yaşadək uşaq ölümü göstəricisi azalıb

Azərbaycanda 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb. Bunu səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıda keçirilən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları mövzusunda yüksək səviyyəli iclasında çıxışı zamanı deyib. Konfransda Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanda həyata keçirilən islahatlardan danışıb və səhiyyə sahəsində dəstəyini əsirgəməyəcəyini bildirib.