CƏMİYYƏT


FHN: Yardımlıda meşə yanğınının söndürülməsinə helikopter və təyyarə cəlb olunub

Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında baş verən yanğının söndürülməsi davam edir. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin “Mi-17” yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub.