CƏMİYYƏT


Meşədə çətənə kolları becərən Qusar sakini saxlanılıb

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolu aşkar edilərək götürülüb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyulun 4-də Qusar RPŞ-nin Həzrə polis bölməsi əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zuxur kəndində meşəlik ərazidə kənd sakini İskəndər Sərkərovu iş başında yaxalayıblar.