CƏMİYYƏT


Qubada bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Dağ gəzintisi üçün nəzərdə tutulan kanat yolunda baş verən bədbəxt hadisə nəticəsində Qubanın Amsar kənd sakini, 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu həlak olub. Xəsarət alan rayon sakinləri Rafiq Həsənov və Ruhid Əliməmmədov isə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.