CƏMİYYƏT


Beynəlxalq festival iştirakçıları Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar

Quba şəhərindəki “Yaşıl teatr”da “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin III Beynəlxalq Folklor-Rəqs Festivalı çərçivəsində konsert proqramı təqdim olunacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 10-da Azərbaycan, Rusiya (Çeçenistan və Şimali Osetiya-Alaniya Respublikaları), İran, Gürcüstan və Qırğızıstandan olan festival iştirakçıları ilə icra hakimiyyətində keçirilən görüşdə qonaqlara rayon haqqında ətraflı məlumat verilib və xatirə hədiyyələri təqdim edilib.