CƏMİYYƏT


Dəridə ağ ləkələr - Vitiliqo necə müalicə olunur?

Bu xəstəlik dəriyə rəng verən melanin hüceyrələrinin məhv olması və ya sayının azalması nəticəsində dəridə ağ ləkələrin əmələ gəlməsi ilə müşahidə olunur. Söhbət vitiliqo xəstəliyindən gedir. Daha çox üzdə, əldə və ayaqlarda rast gəlinən xəstəlik orqanizmə mənfi təsir etməsə də insanlarda psixoloji kompleks yaradır. El arasında "ala xəstəliyi" adlanan vitiliqo yoluxucu deyil. Onun tam müalicəsi isə hələ ki, tapılmayıb.