CƏMİYYƏT


Ağsuda baş verən yanğın hadisəsi bir sıra fəsadlar törədi

İyulun 12-də gündüz saat 14:35 radələrində Ağsu rayonunun Bico kəndinin yaxınlığındakı ərazidə baş verən yanğın davam edir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, biçilmiş taxıl sahələrindən başlayan yanğın şimal dağlıq ərazilərinə tərəf irəliləyir. Saat 19:00-dək 100 hektardan çox biçilmiş taxıl, quru ot və kol-kos sahələri yanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır