CƏMİYYƏT


Gömrükçülər külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısını alıb

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdlərinin qarşısını alıblar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla bağlı iki fakt idarənin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasında qeydə alınıb.