CƏMİYYƏT


Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Azərbaycan Mətbuat Şurasının və KİV-lərin nümayəndələri iyulun 20-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.