CƏMİYYƏT


Milli Mətbuat Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş olub

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov milli mətbuatımızın yaranmasından 143 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini təbrik edib. Qeyd edib ki, 143 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.