CƏMİYYƏT


Nabranda itkin düşən 3 yaşlı uşaq tapılıb

Nabrandakı istirahət mərkəzlərinin birində itkin düşən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu sağ-salamat tapılaraq ailəsinə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhər sakini olan 3 yaşlı İsmayıl Novruzov iyulun 22-də günorta saatlarında itkin düşmüşdü. Axtarışlar zamanı İ.Novruzov itkin düşdüyü yerdən təxminən iki kilometr aralıda, istirahət mərkəzinin yaxınlığındakı çay dərəsində aşkarlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır