CƏMİYYƏT


Bolqarıstanın Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı fotosərgi nümayiş olunub

Bolqarıstanın Yunanıstan və Makedoniya ilə həmsərhəd Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı fotosərgi açılıb. Sərgi Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstan Elmlər Akademiyasının (BEA) Milli Arxeologiya İnstitutu, Petriç Bələdiyyəsi və Petriç şəhər Tarix Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.