CƏMİYYƏT


Mayın 1-dən indiyədək kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 hadisə qeydə alınıb

Mayın 1-dən indiyədək kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 hadisə baş verib. Bu hadisələr nəticəsində 10 nəfər ölüb, 22 nəfər yaralanıb. Təkcə bir hadisədə 6 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, bunu iyulun 25-də sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidmətinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.