CƏMİYYƏT


Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir. DMX-nin iyulun 23-ü və 24-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 16-sı Gürcüstan, 14-ü Pakistan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya vətəndaşı olmaqla ümumilikdə 62 nəfər əcnəbi saxlanılıb.