CƏMİYYƏT


Uzunömürlü və çoxuşaqlı ailə: 10 övlad, hamısı da qız...

İsmayıllı rayonunun Xəlilli kəndindən olan Əlmövsüm və Kimya Qədirovlar ölkəmizdə bəlkə də yeganə ailələrdəndir. Belə ki, bu ailədə 10 qız övladı dünyaya göz açıb və onların indi hamısı ev-eşik sahibidir. Qədirovlar ailəsi zəhmətkeş insanlardır. Qızlarını da əməksevər böyüdüb, gözəl tərbiyə veriblər. Təsadüfi deyil ki, bu övladlar gəlin getdikləri evin qızı olmağı bacarıblar və valideynlərinə 10 kürəkən yox, 10 oğul qazandırıblar.