CƏMİYYƏT


Banklarda girovda olan avtomobilləri qanunsuz üsullarla satan şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Xocavənd rayon sakini Ziyatay Əliyev işlədiyi Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexində banklardan birində 5700 manat kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş “VAZ 21214” markalı avtomobilin ban nömrəsini qanunsuz yolla dəyişdirən zaman cinayət başında saxlanılıb.