CƏMİYYƏT


Azərbaycanda 853 insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin edilib

Artıq 14 ildən çoxdur ki, Azərbaycan beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılıb və qarşıda duran vəzifələr sistemli şəkildə icra edilib. Bu müddətdə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 1279 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb, 526 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.