CƏMİYYƏT


Ağsu dolaylarında gecə baş verən yanğın lokallaşdırılıb və ərazi nəzarətə götürülüb

Gecə güclü külək yanğının təxminən 100 hektaradək əraziyə yayılmasına səbəb olub. Gecə saatlarında hadisə yerinə gələn Ağsu, eləcə də Şamaxı, İsmayıllı, Qobustan, Göyçay və Kürdəmir rayonlarının yanğından mühafizə xidmətlərinin maşın və canlı qüvvəsi yanğının yüksəkgərginlikli elektrik xətlərinin ərazisinə keçməsinin qarşısını alıb.