CƏMİYYƏT


Şabran sakininin evində marixuana, heroin və narkotik tərkibli həblər aşkarlanıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılan şəxs Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Xalisovdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır