CƏMİYYƏT


Binəqədidə evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Binəqədi rayonu Motodrom yaşayış massivində Sahib Səfərovun evindən 6 min manat pul və 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə məlumat verib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini əvvəllər məhkum olunmuş Mustafa Hacıyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.