CƏMİYYƏT


Avtobus sürücüsü və sərnişinləri hədələyən şəxs həbs olundu

Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib. Saxlanılan şəxs hadisə zamanı sərxoş vəziyyətdə olduğunu və etdiyi əməldən peşman olduğunu bildirib.